Millinin oyununu fransız hakim idarə edəcək
07.09.2024 - 14:38
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.
Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
- Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB
- Bir günün bir ömürlük xatirəsi: Xankəndidə futbol matçı - VİDEO
- Azər Bağırovdan müəmmalı açıqlama - ”Kəpəz”i tərk edir?
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
- Abdullahi Şuaybu: "Məqsədimiz hər kəsə bəllidir"
0
0