Minifutbol turniri: “APA” “Baku WS”ə qarşı
04.10.2025 - 12:32

Bu gün Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində növbəti oyunlar keçiriləcək.
Apasport.az xəbər verir ki, A və D qrupları üzrə iki görüş baş tutacaq.
Sahəyə ilk olaraq “APA” və “Baku WS” komandaları, sonra isə “Baku TV” ilə “AZƏRTAC” çıxacaq.
Bakı Tennis Akademiyasında saat 22:00-da və saat 23:00-da baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcəklər.
0
0