Minifutbol üzrə ölkə çempionatında II turun NƏTİCƏLƏRİ
04.12.2022 - 21:26
Minifutbol üzrə ölkə çempionatında II turun NƏTİCƏLƏRİ

Minifutbol üzrə ölkə çempionatında II turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Zəfər”, “Qarabağ”, “Birbaşa Bakı” və “Odlar Yurdu” komandaları turu qələbə ilə başa vurublar.

2 turdan sonra turnir cədvəlinə ötən mövsümün çempionu “Birbaşa Bakı” komandası başçılıq edir. Liderlə eyni xala malik “Qarabağ” komandası ikinci, “Odlar Yurdu” kollektivi isə üçüncüdür.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 10-da keçiriləcək.

0