Misli Premyer Liqası: I turun təqvimi açıqlandı
01.08.2022 - 19:15
Misli Premyer Liqası: I turun təqvimi açıqlandı

Misli Premyer Liqasında ilk turun oyun cədvəli məlum müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası açılış turunun matçlarının gününü və başlama saatını açıqlayıb. 

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
I tur
5 avqust (cümə)

“Kəpəz” – “Zirə”
“Dalğa Arena”, 19:30

6 avqust (şənbə)

“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 20:00

7 avqust (bazar)

“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu, 17:00

“Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”, 19:15

8 avqust (bazar ertəsi)

“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 17:00

2