Misli Premyer Liqasında III turun oyun cədvəli
12.08.2022 - 18:06
Misli Premyer Liqasında III turun oyun cədvəli

Misli Premyer Liqasında III turun oyun cədvəli məlum olub.

Apasport.az saytının məlumatına görə, turun matçları üç gün ərzində keçiriləcək.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

19 avqust (cümə)

“Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu, 16:30
20 avqust (şənbə)

“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 20:30
21 avqust (bazar)

“Kəpəz” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 18:00
“Zirə” – “Sumqayıt”
“Dalğa Arena”, 20:30

Qeyd 1: Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.

Qeyd 2: “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.

0
DİGƏR XƏBƏRLƏR
Loading...