Misli Premyer Liqasında klubların Üst və ya Alta üstünlük vermələri bəlli olub.
Apasport.az saytının məlumatına görə, arxada qalan 4 turun 19 oyunundan sonra yalnız iki komanda bir varianta sadiqdir.
Bunlar Premyer Liqaya yeni qatılan “Kəpəz”lə “Turan Tovuz”dur. Qərblilərdən biri Üst, digəri Alt oynamağa sadiqlik göstərir.
Çempionatın autsayderi “Kəpəz”in bütün matçlarında 3 və ya daha çox qol vurulub. Bu da bütün matçlarda uduzan komandadan daha çox rəqiblərinin əməyidir. “Turan Tovuz”un qarşılaşmalarında isə 2-dən artıq top vurulmur. Lakin Ayxan Abbasovun komandası üç matça çıxıb.
“Kəpəz” – Oyun (4), Üst (4), Alt (0)
“Zirə”, “Sabah”, “Neftçi” - Oyun (4), Üst (3), Alt (1)
“Şamaxı”, “Səbail”, “Qəbələ” - Oyun (4), Üst (2), Alt (2)
“Qarabağ” – Oyun (3), Üst (2), Alt (1)
“Sumqayıt” – Oyun (4), Üst (1), Alt (3)
“Turan Tovuz” – Oyun (3), Üst (0), Alt (3)
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ