Mixail Savindən “Qarabağ” SÜBUTU
15.09.2022 - 16:04
Mixail Savindən “Qarabağ” SÜBUTU

Futbol eksperti Mixail Savin Avropa Liqasının bu gün keçiriləcək “Qarabağ” – “Nant” oyununa proqnoz verib.

Apasport.az saytının məlumatına görə, mütəxəssis qrup mərhələsinin II turunun Bakıdakı görüşündən bol qol gözləyir.

“Qarabağ” cari çempionatda 5 oyunda yüzfaizlik nəticə göstərərək turnir cədvəlində liderlik edir. Nə qədər qəribə olsa da, Azərbaycan nəhəngi buraxdığı 4 topun hamısına doğma meydanda üzülüb. Son matçda gərgin mübarizədə “Sabah” üzərində qələbə qazanıldı – 4:3. “Köhlən atlar” Avropa Liqasında həmin an Bundesliqanın lideri olan “Frayburq”a (1:2) müqavimət göstərərək təxminən başabaş oynadı.

“Nant” Liqa1-in cari mövsümündə yalnız “Tuluza” üzərində (3:1) qələbə qazanmaqla yaxşı təəssürat yaratmır. Buna görə də komanda 15-ci pillədə qərarlaşıb. Amma orta hesabla hər matçda birdən artıq qol vurur. Müdafiədəki səhvlər “Loryan”ı yenməyə (2:3) imkan vermədi. Fransalılar evdə güclü Yunanıstan “Olimpiakos”unu üstələyə bilib – 2:1.

Fikrimcə, bu qarşılaşmada ən düzgün mərc qolların sayının çoxluğudur. Azərbaycanlılar ilk görüşdə özünü yaxşı tərəfdən göstərib. “Qarabağ” bunu da sübut edib ki, hətta ustalıq səviyyəsi daha yüksək olan komanda ilə də hücum futbolu oynaya bilər. Evdə isə hücumda da daha asan olacaq. Qonaqlar isə heç də ən yaxşı formada deyil. Amma yetərincə ifaçılar var ki, Bakıda da mübarizə aparsın.

Düzdür, risk edib ikinci variant kimi “Nant”ın qələbəsinə də mərc gəlmək olar. Qonaqların cüzi üstünlüyü olduğunu düşünürəm. Bəli, “Nant” cari mövsümdə nadir hallarda qalib gəlib. Amma onun oynadığı çempionat da daha güclüdür. Üstəlik, fransalılar göstərib ki, Avropa Liqasına çox məsuliyyətlə yanaşırlar.

Proqnozum: Üst
 

0