MOİK-in baş məşqçisi: “Kim qələbə üçün döyüşsə, o da qalib gələcək”
19.09.2024 - 20:23
MOİK-in baş məşqçisi: “Kim qələbə üçün döyüşsə, o da qalib gələcək”

I Liqanın 2-ci turunun "Baku Sportinq" - MOİK matçından (0:0) sonra qonaqların çalışdırıcısı Qəzənfər Abbasov apasport.az saytına açıqlama verib.

"Oyun çox ağır keçdi. Rəqib yaxşı komandadır. Ötən tur “İmişli”ni məğlub etmişdilər. Bilirdik ki, matç çətin keçəcək. Bura həvəslə, motivasiya ilə gəlmişdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futbolçularımdan razıyam. Əllərindən gələni etdilər ki, qalib gələk. Amma alınmadı. Meydançanın da durumu yaxşı deyildi. Bunun da təsiri oldu. Növbəti oyunlara baxacağıq. Hər matça qələbə üçün çıxacağıq".

- Artıq iki turu geridə qoymuşuq. Lakin komandanın qələbəsi yoxdur…
- ⁠Bu, hər komandada olur. Startda “Mingəçevir”ə uduzduq. Futbolçuların motivasiyası aşağı düşdü. Buna baxmayaraq bu gün layiqincə mübarizə apardılar. Sadəcə 1 qol çatmadı. Oyunçularımdan razıyam. Bu gün meydanda xarakter göstərdilər. Çempionat hələ irəlidədir. 

- Demək olar ki, heyətiniz yeni qurulub. Futbolçuların adaptasiya dövrü bitib, yoxsa hələ vaxt lazımdır?
- ⁠Deyərdim ki, bir az vaxt lazımdır. Oyun planımızda hər şey qaydasındadır. Hər kəs üzərinə düşəni bilir, anlayır. Yalnız ələ düşən imkanlardan istifadə edə bilmirik. Hücumda “dişsizik”. Onu da zamanla düzəldəcəyik.

- Yəqin ki, I Liqada digər komandaların görüşlərini də izləyirsiz. Hansı komandanı fərqləndirərdiz?
- ⁠Deyərdim ki, ön planda olan komanda yoxdur. Bütün klublar eyni səviyyədədir. Bəzi futbolçularına görə “Qəbələ”, “İmişli” kimi komandalar kənardan fərqli görünə bilər. Amma burda kim qələbə qazanmaq üçün döyüşsə, o da qalib gələcək. Burda ad rol oynamır, əzmkarlıq rol oynayır. 

İsmayıl Xeyrullayev

0