“İlk oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hədəfimiz çempionluqdur”.
Bu sözləri apasport.az saytına açıqlamasında MOİK klubunun qapıçısı Zeynal Əhmədzadə deyib.
I Liqa təmsilçisinin qolkiperi gələcək planları, komandanın ümumi durumu və növbəti rəqibləri barədə danışıb:
“Yay ərzində bir neçə klubdan təklif aldım. Lakin onlardan heç biri ilə danışıqlar aparmadım. Bütün fikrimi MOİK-ə yönəltmişəm. Planım burda qalmaqdır. “Transfer pəncərəsi”ndə heyətdə islahatlar aparıldı. Ötən mövsümkü futbolçuların əksəriyyəti komandanı tərk etdi. Əvəzində yeni və təcrübəli oyunçular aramıza qatıldı. Onlar kollektivə uyğunlaşmaqda çətinlik çəkmədilər. Heyətimiz yeni yığılıb. Buna baxmayaraq təcrübəli komandayıq. Məqsədimiz çempion olmaqdır. Ümumi ab-havamız yüksək səviyyədədir. Hazırlıq matçlarında da komanda özünü yüksək tərəfdən göstərib. Çempionata da belə start verəcəyimizə ümid edirəm. Premyer Liqaya yüksəlmək niyyətindəyik. Bu yolda əsas rəqibimiz təbii ki, elitanı yeni tərk edən “Qəbələ”dir. Çox güclü heyətə malik komandadırlar. Hələ ki, rəqiblərin matçlarını izləməmişəm. Lakin “İmişli” və “Karvan” klublarını da xüsusi qeyd etmək istərdim. İlk turdakı rəqibimiz “Mingəçevir” də baxımlı futbol oynayır. Bu il də güclü komanda formalaşdırıblar. Amma çempion olmaq istəyiriksə, bütün görüşlərə qələbə qazanmaq üçün çıxmalıyıq”.
İsmayıl Xeyrullayev
- Mahir Emreli: "Azərbaycanlılar Almaniyada yaxşı nəticə qazanmağımı istəyirlər"
- “Qarabağ” Rusiyada oynasaydı, liderlər arasında olardı”
- U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olub
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- Millimizin rəqibləri açıqlanıb