Moldova millisinin baş məşqçisi: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq”
12.11.2022 - 10:15
Moldova millisinin baş məşqçisi: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq”

“İlk olaraq Azərbaycanla qarşılaşacağıq. Bilirik ki, onların futbolçularının əksəriyyəti bu mövsüm Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”da oynayır”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Moldova Futbol Federasiyasının rəsmi saytına açıqlamasında noyabrın 16-da Kişinyovda keçiriləcək görüşə hazır olduqlarını söyləyib: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq. “InStat”dakı tərəfdaşlarımızdan məlumat alaraq, rəqibin kifayət qədər yaxşı təhlilini apardıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla görüşə hazırdır. İndi bizim vəzifəmiz bu məlumatları futbolçulara çatdırmaqdır”.

Qeyd edək ki, “Zimbru” stadionunda baş tutacaq Moldova - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

0