Mövsümün rekordu təkrarlandı
26.05.2024 - 11:23
Mövsümün rekordu təkrarlandı

Misli Premyer Liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Apasport.az xəbər verir ki, bu, 36-cə turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır.

32-ci turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

0