MPL: “Qəbələ” “İmişli”yə qarşı - YENİLƏNİR
04.09.2026 - 09:43
Misli Premyer Liqasında IV tura start verilir.
Apasport.az xəbər verir ki, açılış matçı Qəbələdə baş tutacaq.
Şəhərin eyniadlı komandası "İmişli"ni qəbul edəcək.
Mövsümə uğursuz start verən "Qəbələ" 3 xalı hədəfləyir. "İmişli" isə növbəti qələbəsini qazanaraq turnir cədvəlində irəliləmək niyyətindədir.
Misli Premyer Liqası
IV tur
4 sentyabr
18:00. "Qəbələ" – "İmişli"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu
0
0