MPL: “Şamaxı” “Şəfa”ya qarşı - YENİLƏNİR
16.10.2026 - 09:20
MPL: “Şamaxı” “Şəfa”ya qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

"Şamaxı" "Şəfa"nı qəbul edəcək.

Meydan sahibləri 10 xalla 7-ci pillədə qərarlaşıb. 3 xala malik "Şəfa" isə 11-ci sırada yer alıb.

Misli Premyer Liqası
VIII tur
16 oktyabr
15:00. "Şamaxı" – "Şəfa"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu