Murad Musayev: "Bu bizə qələbə gətirdi"
12.08.2022 - 21:06
Murad Musayev: "Bu bizə qələbə gətirdi"

“Bu qələbə bizim üçün vacib idi".

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının II turunda “Zirə” üzərində səfərdə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Rusiyalı mütəxəssis “CBC Sport” telekanalına açıqlamasında çempionatda ardıcıl ikinci qalibiyyəti dəyərləndirib: “Zirə" çox ciddi rəqib, döyüşkən komandadır. Onlara qarşı oyunlarımız həmişə gərgin alınıb. Oyunun çətin anlarında komanda kimi çıxış elədik və bu bizə qələbə gətirdi. Bu gün uşaqları yalnız tərifləyə bilərəm. Amma geniş şəkildə nəticə çıxarmaq üçün 36 oyunu gözləmək lazımdır".

Musayev matçda zədələnən hücumçu Namik Ələskərovun durumuna da şərh gətirib: "Namikin bağlarında problem oldu. Zədənin ciddiliyinin nə qədər olduğunu sabah MRT-dən sonra dəqiq deyə biləcəyik".

0