Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq
24.04.2024 - 15:57
Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlının yaydan sonra karyerasına başqa klubda davam edəcəyi dəqiqləşib.

Apasport.az saytına verilən məlumata görə, millimizin hücumçusu “Yurqorden”dən ayrılmaq fikrini qətiləşdirib.

Belə ki, İsveç klubunda oynamaq şansı tapmayan Qurbanlının yeni sezona başqa klubda başlamaq ehtimalı dəqiqləşib. 

Amma onun Azərbaycana geri dönüşünün ikinci variant olduğu, əsas variantın Avropada qalaraq, məhz legioner həyatına davam etmək istəyidir. Qurbanlının xidmətində Türkiyə və Polşa klubları maraqlıdır. Musa hazırda gələcək karyerası ilə bağlı seçim qarşısındadır. 

Qeyd edək ki, “Yurqorden”ə yayda keçən Musa 2026-cı il iyunun 30-na kimi bu kluba məxsusdur. Onun klubu ilə müqaviləni pozacağı, ən pis halda isə başqa kluba icarəyə yollana biləcəyi gözlənilir.

0