Mütəxəssis: “Qarabağ” uduzmayacaq”
14.09.2022 - 00:00
Mütəxəssis: “Qarabağ” uduzmayacaq”

Avropa Liqasının “Qarabağ” – “Nant” oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti İvan Belentsov proqnozsevərlərə öz məsləhətini verib.

Mütəxəssis Azərbaycan çempionunu daha şanslı hesab edir:

Bukmekerlər cümə axşamı Bakıda keçiriləcək qarşılaşmada “Qarabağ”ın şanslarını xeyli yüksək qiymətləndirir. Amma “Nant”da asanlıqla təslim olan komanda deyil.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə uğursuz başlayıb. Azərbaycan təmsilçisi Almaniyada “Frayburq”a uduzub – 1:2. Lakin etiraf edək ki, belə güclü rəqiblə qarşıəlaşmada da “Qarabağ” yaxşı oyun nümayiş etdirib. Qarşıda nisbətən zəif rəqiblə ev oyunu var. Bu görüşdə Ağdam klubu xallar qazanmağa ümid edə bilər.

“Nant” ilk turda “Olimpiakos”u qəbul edib. Tam bərabər səviyyədə alınan qarşılaşmanın 93-cü dəqiqəsində meydan sahibləri qələbəni qopara bilib. Amma səfərdə “Nant” çox zəifdir. Cari mövsüm heç qələbə də qazanmayıb. Qarşıdakı oyun da istisna olmayacaq. Məhsuldar keçəcək matçda “Qarabağ” uduzmayacaq.

Proqnozum: 1X və Üst
 

0