“Nant”ın müdafiəçisi: “Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib”
26.09.2022 - 11:27
“Nant”ın müdafiəçisi: “Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib”

“Frayburq”la qarşıdakı iki oyun və çempionatdakı matçlar barədə düşünürəm. Bunlar mürəkkəb, eyni zamanda vacib oyunlardır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant”ın müdafiəçisi Dennis Appia deyib.

30 yaşlı fransalı cinah oyunçusu Bakıda “Qarabağ”a 0:3 hesablı yenilgini hələ də unutmadığını söyləyib: “Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. Avropa Liqasının qrupunda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Emosional baxımdan bu turnir daha çox şey gətirir. Ancaq ikinci turda “Qarabağ”a məğlubiyyət hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik”.

Qeyd edək ki, qrup mərhələsinin növbəti turu oktyabrın 6-da keçiriləcək. Həmin gün “Qarabağ” “Olimpiakos”un, “Nant” isə “Frayburq”un qonağı olacaq. “Qarabağ”la “Nant” arasında Fransadakı qarşılaşma oktyabrın 27-də baş tutacaq.

0