“Neftçi” AFFA-nın qərarına şikayət ünvanlayıb
03.09.2025 - 19:23
"Neftçi" AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərardan şikayət ünvanlayıb.
Apasport.az xəbər verir ki, sözügedən qərara əsasən, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış "Neftçi" PFK-nın futbolçusu İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.
Bəyanatda bildirilib ki, "Neftçi" PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb".
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
0
0