“Neftçi” – “Aris” oyununun biletləri satışda
25.07.2022 - 14:55
“Neftçi” – “Aris” oyununun biletləri satışda

“Neftçi” – “Aris” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək matçın biletləri “Bakcell Arena” stadionunun kassalarında satılır.

Qarşılaşmanı izləmək istəyən azarkeşlər 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və ya 10 (VİP, 3A) manat ödəməli olacaq. Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir. 

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.
 

0