"Neftçi" endirim etdi: "Sumqayıt"la matçın biletləri satışda
25.09.2024 - 15:19
"Neftçi" endirim etdi: "Sumqayıt"la matçın biletləri satışda

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:➡️

https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bu qiymətlərlə birlikdə "Neftçi" endirim etmiş olub. Liqanın açılış matçındakı ("Turan Tovuz") qiymətlərdən daha ucuz satılan biletlərlə klub bəlkə də azarkeşlərin könlünü almaq niyyətindədir. 

 

0