"Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək - YENİLƏNİR
15.12.2025 - 10:54
"Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək - YENİLƏNİR

Misli Premyer Liqasının XV turuna bu gün yekun vurulacaq. 

Apasport.az xəbər verir ki, turun son matçı "Palms Sports Arena"da baş tutacaq.

"Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. 

"Neftçi" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.

Misli Premyer Liqası

II dövrə, XV tur

15 dekabr

19:00. "Neftçi" – "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

"Palms Sports Arena"