"Neftçi" hücumçusuz qaldı
14.08.2022 - 20:57
"Neftçi" hücumçusuz qaldı

“Neftçi” Azərbaycan Premyer Liqasının II turunda itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Kəpəz”lə ev oyununda hücumçu Qodsvey Donyo sıradan çıxıb.

Əzələsi dartılan qanalı forvard mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Laurentsiu Regekampf 29-cu dəqiqədə onun əvəzinə Rəhman Hacıyevi meydana daxil edib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən oyunda “Neftçi” 3:0 hesabı ilə öndədir. “Ağ-qaralar”ın heyətində qollardan birinə məhz Donyo imza atıb.

0