“Neftçi” Kvirkveliyanın müqavilə detallarını açıqladı
04.07.2022 - 12:07
“Neftçi” Kvirkveliyanın müqavilə detallarını açıqladı

“Neftçi”nin yeni transferi Solomon Kvirkveliyanın müqavilə detalları müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bakı klubu Gürcüstan millisinin mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

30 yaşlı oyunçu “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Solomon Kvirkveliya Rusiyanın “Rubin” (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib. O, Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer edib.

0