“Neftçi”nin legioneri Lukas Melano komandadan ayrılmağa hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” argentinalı forvardla yollarını davam etdirmək fikrində deyil.
31 yaşlı futbolçu özünü doğrultmadığı üçün “Neftçi” də onun müqavilə müddətini artırmağı planlaşdırmır. Sentyabrın 13-də paytaxt klubuna keçən Melanonun “Neftçi” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Halbuki klub onunla müqavilə müddətini daha bir illik artırmaq haqqına sahibdir.
Melano “Neftçi”yə gələnə qədər “Belqrano”, “Lanus”, “Portland Timbers”, “Estudiantes”, “Atletiko Tukuman”, “San Lorenzo”, “Sentral Kordoba”, “Universidad Katolika”, “Nyuelss Old Boys”, “Sarmiento” komandalarında çıxış edib.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir