"Neftçi" Mamadu Mbodju itirdi
12.11.2022 - 19:18
"Neftçi" Mamadu Mbodju itirdi

“Neftçi” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Mamadu Mbodj Misli Premyer Liqasının XIV turunda “Qəbələ” ilə oyunda zədələnib.

Qarşılaşmanın 44-cü dəqiqəsində Emil Səfərovla top uğrunda mübarizə zamanı ayağından xəsarət alan seneqallı müdafiəçi matçı davam etdirə bilməyib. Nəticədə fasilə ərəfəsində onun əvəzinə Solomon Kverkveliya meydana daxil olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən “Neftçi” – “Qəbələ” oyununda ev sahibləri 1:0 hesabı ilə öndədir.

0