"Neftçi" Misir klubuna qarşı - YENİLƏNİR
13.01.2026 - 11:16
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, "Neftçi" Misir təmsilçisi "Piramids"lə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşma "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq.
Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə qarşılaşacaq.
0
0