Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı ilə bağlı daha bir detal bəlli olub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, oyunun keçirilmə tarixi ilə bağlı yekun qərarı "Neftçi" verib.
Belə ki, PFL tərəfindən qarşılaşmanın yeni vaxtı üçün iki variant təklif olunub.
İlkin versiya həmin görüşün XXVII və XXVIII tur aralığına salınması olub. Lakin "Neftçi" həmin ərəfədə "Araz-Naxçıvan" və "Zirə" ilə qarşılaşacağından bunu məqbul hesab etməyib.
Nəticə etibarilə "ağ-qaralar" təklif olunan digər variantı seçib. Buna səbəb klubun avrokuboklara mübarizədə rəqibi olan komandalarla görüşü daha ciddi hesab etməsi olub.
Ayın 25-i üz-üzə gələcək komandalar PFL-in təklifi və "Neftçi"nin razılığı əsasında aprelin 30-da yenidən qarşılaşacaqlar.
Beləliklə, 21 və 29-cu tur çərçivəsində 4 gün arayla iki "Neftçi" - "Qarabağ" matçı izləyəcəyik.
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
- Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”