“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır
21.07.2024 - 16:33
“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Seku Qassamanı heyətinə qatmağı planlaşdırır. Hazırda 29 yaşlı forvardla danışıqlar davam etdirilir. Transferin reallaşıb-reallaşmaması isə aparılan danışıqlardan asılı olacaq.
Əslən Seneqaldan olan ispaniyalı forvardın son klubu Cənubi Kiprin “Anortosis” klubu olub. “Badalona”, “Almeriya”, “Valyadolid”, “Fuenlabrada”, “Malaqa”, “Rasinq” klublarında oynamış forvardın özünün “Neftçi”də oynamaq istədiyi bildirilir. O, Azərbaycanda oynamaq üçün menecerinə də məlumat verib.
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
0
0