"Neftçi" "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"la qarşılaşacaq
21.01.2025 - 14:19
“Neftçi”nin U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.
Apasport.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.
Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbaxça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Qeyd edək ki, “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.
0
0