“Neftçi” qapıçısını itirdi
07.08.2022 - 18:28
“Neftçi” qapıçısını itirdi

Misli Premyer Liqasının I turunda “Şamaxı” ilə görüşən “Neftçi” xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu qapıçısı Aqil Məmmədovu itirib.

Oyuna kapitan kimi çıxan qolkiper Mert Çeliklə toqquşmada xəsarət alıb. Bu üzdən də Aqil əvəzlənib. İkinci hissənin ortalarında onu ehtiyat qapıçı Əlirza Müştəbazadə əvəzləyib.

Qeyd edək ki, “Neftçi”nin digər qapıçısı İvan Brkiç oyunun protokoluna daxil edilməyib.
 

0