"Neftçi" "Qəbələ"nin yetirməsini transfer edəcək
27.05.2024 - 22:41

"Neftçi"nin növbəti transferinin adı bəlli olub.
Apasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Qəbələ"nin futbolçusu Emil Səfərovu heyətinə qatmağa hazırlaşır.
Artıq tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı və Səfərovun yaxın vaxtlarda "Neftçi"yə keçəcəyi gözlənilir. Səfərovun "Neftçi" ilə uzunmüddətli müqavilə imzalayacağı ehtimal olunur.
Qeyd edək ki, milli komandamızın üzvü "Qəbələ" futbol akademiyasının yetirməsidir. "Qarabağ" da onu heyətinə qatmaq istəsə də, sonda "Neftçi" onu heyətinə qatmağa nail olub.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
1
0