“Neftçi” – “Rapid” matçının biletləri satışa çıxarıldı
01.08.2022 - 15:25
“Neftçi” – “Rapid” matçının biletləri satışa çıxarıldı

Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyununun biletləri satışa çıxarılıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, biletləri matçın oynanılacağı “Bakcell Arena” stadionunun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) manta təşkil edir. Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir.

Qeyd edək ki, avqustun 4-də keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlayacaq.

0