"Neftçi” tilsimi qıra bilmədi - YENİLƏNİB
28.09.2024 - 21:26
"Neftçi” tilsimi qıra bilmədi - YENİLƏNİB

"Neftçi" bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı qəbul edib.

Apasport.az xəbər verir ki, matç saat 19:30-da “Neftçi Arena”da start götürüb.

7 turdan sonra qazana bilməyən paytaxt təmsilçisi yenə qələbəyə həsrət qalıb. Komanda evdə 1:1 hesablı bərabərliklə kifayətlənib.

Azərbaycan Premyer Liqası
VIII tur

19:30. “Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Yuri Matias, 76 - Cordan Rezabala, 70

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA: Rüfət Əmirov
“Neftçi Arena”

0