“Neftçi” tıxaca düşdü, "Sumqayıt"la oyununun vaxtı dəyişdirildi
05.11.2022 - 18:44
“Neftçi” tıxaca düşdü, "Sumqayıt"la oyununun vaxtı dəyişdirildi

Misli Premyer Liqasının 13-cü turunun "Sumqayıt" - "Neftçi" oyununun vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək. Buna səbəb "Neftçi" klubunun yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsidir.

Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib.
Qeyd edək ki, oyun 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
 

0