Sabah təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq “Neftçi”nin yoxlama görüşündə üz-üzə gələcəyi bir rəqib müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, vitse-çempion qardaş ölkədə “Sakaryaspor”la qarşılaşacaq.
Yenicə TFF I liqasına yüksələn Sakarya təmsilçisi ilə qarşılaşma iyulun 6-da baş tutacaq. Bakı vaxtı ilə saat 17:00-da start götürəcək görüşün yeri hələlik məlum deyil.
İyulun 15-dək Boluda hazırlıq keçəcək “Neftçi” “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq. “Ağ-qaralar” orada daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də “AEK Arena”da, cavab matçı isə ayın 28-də “Bakcell Arena”da keçiriləcək.
- Mahmud Qurbanov: “Qarabağ”a bu çempionatda da rəqib yoxdur”
- “Kəpəz”in yeni transferi: “Uğurlarda payımın olmasını istəyirəm”
- Azərbaycan Kuboku: “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR
- Azərbaycan Kubokunda 1/4 həyəcanı: “Neftçi” Tovuz səfərində - YENİLƏNİR
- “Napoli” İsveçrəli futbolçunu transfer edib - Rəsmi