“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
20.02.2025 - 20:50
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə

Futzal üzrə Yüksək Liqada III dövrə start götürüb.

Apasport.az xəbər verir ki, lider XI turda çempionla qarşılaşıb.

“Baku Fire” - “Araz-Naxçıvan” matçının taleyini 1 qol həll edib. Roman Adamov çempiona vacib qələbə qazandırıb. Bu nəticədən sonra “Araz-Naxçıvan” rəqiblə aradakı xal fərqini birə endirib.

“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. "Ağ-qaralar" "Şuşa"ya 7:1 hesabı ilə qalib gəliblər. Eyni nəticə U-19-la “Yasamal Bakı”nın duelində qeydə alınıb. Yığma autsayderdən güclü olub.

Yüksək Liqa
XI tur
Baku Fire – Araz-Naxçıvan - 0:1 (0:0)
Qol:
 Roman Adamov, 22:17

Şuşa – Neftçi İK - 1:7 (1:4)
Qollar:
 Rüstəm Bağırov, 16:00 // Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18

U-19 – Yasamal Bakı - 7:1 (4:1)
Qollar: 
Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 // Anar İsayev, 8:14