“Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq
25.06.2022 - 11:36
“Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq

Gələn ay Azərbaycan klubları avrokubok mövsümünə start verəcək.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlər digər komandalar kimi təmsilçilərimizə mərc edə biləcək.

Maraqlıdır, görəsən klublarımızdan qitə miqyasında Alt/Üst baxımından nə gözləmək olar? Bunun üçün son 5 mövsümü nəzərdən keçirmək olar.

Bu müddətdə 108 qarşılaşmadan biri baş tutmayıb və texniki məğlubiyyətlə nəticələnib. 107 görüşdən 58-də Üst, 49-da Alt gəlib.

Son 5 ildə Azərbaycanın 7 komandası avrokubokda çıxış edib. Onlardan üçü – “Səbail”, “Sumqayıt” və “Şamaxı” bu dəfə qitə kuboklarını televiziyadan izləyəcək. “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Zirə” yenə Avropa səhnəsindədir.

Son 5 ildə ən çox avrokubok matçı keçirən “Qarabağ”da nisbi tarazlıqdır. 63 oyunun 31-i Üst, 32-si Alt gəlib. 4 görüşə çıxan “Zirə”də tam bərabərlikdir.

Əvəzində “Neftçi” qol sevənləri sevindirir. 18 matçdan yalnız üçündə iki və ya daha az qol olub. 15 dəfə Üst oynayan bakılılar pronozsevərlər üçün qolları vurmaqda da, buraxmaqda da sıralayır. “Qəbələ” isə bunun əksidir. 8 görüşdən yalnız ikisində Üst gəlib.

komanda

oyun

üst

alt

Qarabağ

63

31

32

Neftçi

18

15

3

Şamaxı

9

6

3

Qəbələ

8

2

6

Zirə

4

2

2

Sumqayıt

3

0

3

Səbail

2

2

0

Cəmi

107

58

49

0