“Neftçi” yeni transferinin müqavilə detallarını açıqladı
10.08.2025 - 16:51

“Neftçi” növbəti transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi” ailəsinin üzvüdür.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.
0
0