Reziuan Mirzovla yollarını ayıran “Neftçi”də gedənlərin sayı az olmayacaq.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” bir neçə legionerin xidmətindən istifadə etməmək qərarına gəlib.
Belə ki, "Neftçi" ilə 2023-cü il avqustun 25-də 1 illik müqavilə imzalayan Dieqo Valdez də "gedən oyunçular karvanı"na qoşula bilər.
Paraqvaylı futbolçu etimadı doğrultmadığı üçün onunla yolların ayrılacağı gözlənilir. Halbuki “Neftçi” Valdezlə müqavilə müddətini bir il artırmaq hüququna malikdir.
30 yaşlı futbolçu “Neftçi”yə gələnə qədər “Atletiko San-Luis”(Meksika), “Sol de Amerika”, “CS San Lorenzo”, “Quarani”, “Quarena”(hamısı Paraqvay) komandalarında da çıxış edib.
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb