"Neftçi"də daha bir ayrılıq 
28.06.2024 - 21:10
"Neftçi"də daha bir ayrılıq 

Köklü dəyişikliklər edən “Neftçi” klubunda növbəti ayrılıq reallaşıb.

Apasport.az xəbər verir ki, “ağ-qaralar”da Kommunikasiya departamentinin rəhbəri vəzifəsini icra edən Aysu İbrahimli klubu tərk edib. 32 yaşlı mütəxəssisin yeni iş yeri AFFA olacaq. Oraya o, Marketinq departamentinə rəhbər təyin olunub. 

Qeyd edək ki, bir neçə gün əvvəl “flaqman” 20 ildən sonra öz loqosunu dəyişib.

0