“Neftçi”də gözlənilməz zədə
03.09.2022 - 20:32
“Neftçi”də gözlənilməz zədə

“Neftçi” Misli Premyer Liqasının V turunun “Sumqayıt”la oyunu öncəsi xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bakılılar Kenni Sayefin xidmətindən məhrum olub.

Legioner isinmə hərəkətləri zamanı zədələnib. Bu gözlənilməz zədə üzündən Kenni start heyətdən çıxarılıb. Onu ilk “11-lik”də Vato Arveladze əvəzləyib. Gürcüstanlı ilk dəqiqələrdən meydana çıxıb.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən “Neftçi” – “Sumqayıt” matçı saat 20:30-da başlayıb.

0