
“Neftçi”nin əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, Rəhman Hacıyev, Rafael Quzzo, Murad Məmmədov, Alfa Konte, Rüstəm Samiqullin, Höccət Haqverdi, Yeqor Boqomolski, Ağadadaş Salyanski və Dembo Darbo meydana çıxıblar.
“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.
Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- "Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- “Şamaxı” 56-cı böyükhesablı qələbəsini qazanıb