"Neftçi" futbol klubu qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, paytaxt klubu Aleks Fernandeslə heyətini gücləndirib.
Braziliyalı sağ vinger mövsümün sonuna kimi icarəyə götürülüb.
Razılaşmaya əsasən, "Baltika"ya (Rusiya) məxsus futbolçu ilə müqavilə şərtlərdən asılı olaraq daha sonra 6 ay uzadıla bilər.
Qeyd edək ki, Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib. O, 2022-ci ildə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsümdə meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.