“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində Kipr “Aris”i ilə oyunöncəsi nümunəvi jest edib.
Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da baş tutan qarşılaşmadan əvvəl komandalar və hakimlər 2-ci Vətən Müharibəsi şəhidlərinin övladları ilə meydana çıxıb.
“Neftçi”nin yay düşərgəsində olan ümumilikdə 25 şəhid övladı futbolçularla birgə meydana çıxıb. Azyaşlıların geyindiyi “Neftçi” formasının arxasında simvolik “44” nömrə yazılıb. Hər formanın arxasında isə onu geyinən yeniyetmənin şəhid atasının adı və soyadı yazılıb.
Qeyd edək ki, bu komandalar arasında “AEK Arena”da keçirilən ilk oyunda kiprlilər 2:0 hesablı qələbə qazanıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ