“Neftçi”dən yeni transfer - RƏSMİ
28.08.2026 - 21:23
“Neftçi”dən yeni transfer - RƏSMİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana "ağ-qaralar"ın yeni üzvüdür.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

Futbolçu ötən mövsüm sonuncu klubu "Atromitos"un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.