“Çox çətin oyun alındı”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun hücumçusu Ferdi Druyif Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.
113-cü dəqiqədə komandasını pley-offa daşıyan qola imza atan 24 yaşlı niderlandlı forvard daha çox qol vurmalı olduqlarını bildirib: “Daha çox qol vurmalı idik. Matçın penaltilər seriyasına qalmasını istəmirdik. Çünki orada şanslar yarı-yarıyadır. Çətin, uzun yol idi. Həm də mənim üçün çox yaxşı geridönüş oldu”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Neftçi” 2:0 hesablı qələbə qazanıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ