“Neftçi”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gələcək.
Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Dinamo” cavab matçında eyni hesabla qalib gələrək qarşılaşmanı əlavə vaxta daşıyıb. Qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada 6:5 hesablı üstünlük qazanan Belarus klubu növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-də və 30-da keçiriləcək.