“Neftçi”nin baş məşqçisi “3-lük”də - 22 min 600 səslə
04.07.2022 - 16:57
“Neftçi”nin baş məşqçisi “3-lük”də - 22 min 600 səslə

Rumıniya mətbuatı məşqçilərlə bağlı maraqlı sorğu keçirir.

Apasport.az saytının məlumatına görə, azarkeşlərə “Son 20 ildə Rumıniya çempionatının ən yaxşı məşqçisi kimdir”, - sualı ilə müraciət olunub.

8 mütəxəssisin adının yer aldığı siyahıda “Neftçi”nin yeni çalışdırıcısı Laurentsiu Regekampf və vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednik də var. Artıq 150 mindən çox adam səsvermədə iştirak edib.

Hələlik respondentlərin ən çox səsini Dan Petresku toplayıb. O, 36 faiz səslə ən yaxın izləyicisi Kosmin Olariunu (31 faiz) qabaqlayır. 22 min 600 səsi keçən Regekampf 14 faizlə Liqa1-də son 20 ilin ən yaxşı üçüncü məşqçisi hesab edilir.

Əfsanəvi Mirça Luçeskunun oğlu Razvan Luçesku 8 faizlə sıralamada dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə isə müvafiq olaraq Konstantik Qılke, Mirça Rednik, Yoan Andone və Edi Yordanesku qərarlaşıb.

Qeyd edək ki, Laurentsiu Regekampf məşqçilik karyerası ərzində “Styaua” ilə 2 dəfə Rumıniya çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb.
 

0