“Hazırkı məqam Rumıniya millisinə getməyimə imkan vermir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziya kanalına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis Rumıniya yığmasının baş məşqçisi postuna namizəd göstərilməsinə münasibət bildirib. O, bunun real olmadığını söyləyib: “Neftçi” ilə müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Rumıniya millisinin çox yaxşı baş məşqçisi var. Bu posta digər namizədlər də güclü mütəxəssislərdir. Mənim üçün düzgün məqam deyil”.
Qeyd edək ki, Laurentsiu Regekaqmpf yay fasiləsində “Neftçi”nin sükanı arxasına keçib.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib