“Biz seçimimizdə yanılmamalı və bunu ambisiyalarımıza uyğun etməliyik”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.
Klub rəhbəri yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində bildirib ki, bu posta bir neçə namizəd olub: “Başqa namizədlər də var idi. Həmçinin Regekampfla da bir müddətdir danışıq gedirdi. Sonda bütün komponentlərə uyğun olaraq qərar verildi. Bəzi anlarda texniki və maliyyə baxımından bizi razı salmayan məqamlar ortaya çıxdı. Məncə, istədiyimizə nail olduq. İnanmaq istəyirik ki, ən yaxşı seçimi etdik”.
Qeyd edək ki, "Neftçi" rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ